Geri

Haqqımızda

Rahat və premium həyat yaşamağınız üçün gərəkli olan hər nüansı asanlıqla tapacağınız və dəyərlərinizə dəyər qatacağınız “28 Residence” premium səviyyəli yaşayış kompleksidir.Modern memarlıq strukturu ilə çağdaş şəhər insanının ehtiyac duyacağı bütün imkanları özündə birləşdirən nüfuzlu yaşayış kompleksində sizin rahatlığınız üçün bütün şərtlər təmin edilib. Dəniz və əsrarəngiz şəhər mənzərəsinə sahib 15 mərtəbəli 4 binadan ibarət olan yaşayış kompleksi müştərilərinə sərfəli qiymətlərlə yüksək keyfiyyətli yaşam standartları vəd edir. Həmçinin, “28 Mall” ticarət mərkəzi,28 May metro stansiyası və Azərbaycan Neft və Sənaye üniversitetindən 200 metr məsafəlik yerləşmə mövqeyi ilə rahat şəhər yaşayış zonası standartlarına tabe olur. 3.6 m hündürlüklü tavan və enli pəncərələr yaşam tərzinizə öz əzəmət və fərahlığı ilə əvəzolunmaz abu-hava qatacaq. Hər pilləsi mərmər ilə üzlənmiş geniş pilləkən və aşırmalarla təmin edilmiş yaşayış kompleksi hər fəslə uyğun istilik tənzimləməsi edə bilən yüksək keyfiyyətli keramik plitələr ilə üzlənmiş, ventilyasiya olunan təbii daş divarlarla tamamlanmışdır. Premium səviyyəli yaşayış standartlarına uyğun olaraq kompleksin ərazisində 3 mərtəbəli ticarət mərkəzi, kinoteatr, kafe,restoranlar, fitnes & spa mərkəzi, hipermarket, lobbi mərkəzi mövcuddur. Övladlarınızın rahatlığı, əyləncəsi və sağlam mühitdə böyüməsi üçün kompleksi rəngarəng uşaq meydançası ilə təmin etməyi də unutmadıq. 2 mərtəbəli yeraltı dayanacaq sizi parketmə problemlərindən azad etməklə qalmayacaq, həmçinin yeraltı dayancaqda yerləşən avtoyuma xidməti də avtomobillərinizin qeydinə qalmağınıza kömək edəcək. “28 Residence” yaşayış kompleksi texnoloji tərəqqinin ən son yeniliklərindən olan yüksək sürətli İsveçrə brendi "Schindler" markasına məxsus liftlərlə təmin edilib. Alman istehsalı olan “Schuco” markalı yüksək keyfiyyətli pəncərələrinizdən dənizkənarı bulvar və Xəzər dənizinə açılan panorama zövqünüzü oxşayacaq. Qonşuluqda layihələndirilmiş orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzləri “28 Residence” yaşayış kompleksini yaşamaq üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir. Şəhərin mərkəzində yerləşən digər komplekslərdən ən üstün fərqimiz bilirsiniz nədir? - "28 Residence" olaraq maksimum keyfiyyət minimum qiymət prinsipimizi yerinə yetirməkdə qərarlıyıq. “28 Residence” - Mərkəzdə yaşayın